“Gözünüzün qarası da, ağı da aydın, Ağdama qayıdın...”

“Gözünüzün qarası da, ağı da aydın, Ağdama qayıdın...”

Gənc şair Vasif Əlihüseyn şair dostu Qulu Ağsəsi doğma rayonu Ağdamın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib. Moderator.az həmin şeiri təqdim edir:

Gözünün qarası da

ağı da aydın

Ağdama qayıdın,

qayıdın, sizə qayıdan Ağdama

altı yaşımda işğal olunan o rayonu

ayağıyalın qadının gəlişiylə xatırlayıram

ürəyinizə otuz illik nisgilin

sevinci dama-dama

qayıdın, sizə qayıdan Ağdama

şəhərin girişində

şeh tutmuş eynəyini çıxar gözündən

köynəyinin ətəyinə sil

oba-oba, nəsil-nəsil

qayıdın, sizə qayıdan Ağdama

gözlərini ver şəhərin havasına

qol qaldır, oyna

uçmuş evlərin, qəbirlərin yasına

bu qalibiyyət, bu qovuşmaq dünyasına

xoş gəlmisiz!

qayıdın, sizə qayıdan Ağdama.

Mənbə: moderator.az