Qarabağda Rusiya sülhməramlısı yaralandı BAKIYA HOSPİTALA GƏTİRİLDİ

Qarabağda Rusiya sülhməramlısı yaralandı BAKIYA HOSPİTALA GƏTİRİLDİ

Dağlıq Qarabağda bir rus zabiti mina partlaması nəticəsində yaralanıb.

Virtualaz.org bildirir ki, məlumatı TASS Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb.

Məlumatda Rusiya sülhməramlı qüvvələri zabitinin Dağlıq Qarabağda ölənləri axtararkən mina partlaması nəticəsində yaralandığı, Azərbaycan Silahlı Qüvvələrinin bir zabitinin sursat partlaması nəticəsində həlak olduğu və separatçı birləşmənin "Fövqəladə Hallar Nazirliyi" adlanan qurumunun dörd nümayəndəsinin xəsarət aldığı bildirilir.

Rusiya zabitini Bakıya hospitala gətiriblər, onun həyatı üçün heç bir təhlükə yoxdur.

Hadisə Suqovuşan yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Virtualaz.org

Mənbə: virtualaz.org