Spirtli içki qəbul edilən zaman koronavirus ölür? - İnsanları ən çox düşündürən sualın CAVABI

2020-ci ilin ilk günlərindən bəri bütün insanlığın mübarizə apardığı yeni növ koronavirus (COVID-19) pandemiyası yayılmağa davam edərkən, virusla bağlı insanlarda yaranan suallar bitmək bilmir.

Yenicag.az xəbər verir ki, bu suallardan biri də spirtli içkilərin koronavirusu öldürüb-öldürməməsi ilə bağlıdır.

Bu suala Türkiyənin məşhur içki mədəniyyəti mütəxəssisi Burkay Adalığ “İçki koronavirusa qarşı təsirlidirmi?” başlıqlı yazısı ilə cavab verib.

Spirtin koronovirusa qarşı təsirli olduğunu qeyd edən Adalığ, “Tərkibində 60 faiz və bundan daha çox spirt olan mayelər koronavirusu öldürür. İnsanlara yüksək spirtli dezinfeksiyaedici mayelərdən istifadənin məsləhət görülməsi də buna görədir”, – deyə qeyd edib.

Burkay Adalığ spirtli içkilərin qəbulunun virusu öldürdüyünə dair məlumatların həqiqətə uyğun olmadığını da vurğulayıb:

“Spirt virusları öldürürsə, viski, vodka kimi içkilərin də tərkibində yüksək miqdarda spirt var” məntiqi burada keçərli deyil. Çünki koronavirus ağzımızda, burnumuzda gözləmir, qanımıza qarışır. Ayrıca, spirt immuniteti zəiflədici xüsusiyyətə də malikdir.
Spirt əlbəttə ki, əmilir və qana qarışır və hətta qan yolu ilə beyinə də çatır. Qandakı spirtin virusu öldürə bilməsi üçün insanüstü miqdarlarda qəbul edilməsi lazımdır. Belə olanda isə virusdan öncə siz komaya görərsiniz. Məndə istifadə edəsiniz”.

www.yenicag.az

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

İran yeni tankını sınaqdan keçirir

SONRAKI XƏBƏR

Araik Moskvaya qaçdı: o, Bakıya təhvil verilir?