"Viruslar soyuq sevir"

"Viruslar soyuq sevir"

Soyuqların gəlməsi ilə əlaqədar koronavirusun yox olacağını gözləməyə əsas yoxdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popova deyib.

"Ümumiyyətlə, viruslar soyuq sevir. Onlar mənfi 20-70 dərəcələrdə yaşayır və yaradılan vaksin də elə bu temperaturlarda qorunur. Ona görə soyuqların gəlməsi ilə virusun özlüyündə yox olacağını gözləməyə əsas yoxdur", - deyə Popova bildirib.

Milli.Az

Mənbə: news.milli.az