Ata, Baba - Yurdumuzun qəhrəmanları - VİDEO

Ata, Baba - Yurdumuzun qəhrəmanları - VİDEO

İtkisiz qələbə mümkün deyil. İkinci Qarabağ müharibəsində Azərbaycanın şəhidləri də, yaralıları da oldu. Bu da bir başqa qürurdur. Döyüşə yollanan hər kəs şəhid, qazı olmağı da gözə alıb və daha çox qələbə arzusu, işğal altındakı torpaqlarımızı qaytarmaq eşqi ilə, könüllü olaraq cəbhəyə can atıblar. Elə müsahibim Osmanov Baba da cəbhəyə könüllü yollanıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə Ayağından güllə yarası alan Baba deyir ki, orda çox ağır şeylər gördüm. Yanımızda yoldaşlarımız şəhid olurdu. Amma ürəyimiz indi rahatdi ki, qanımız yerdə qalmayıb.

Babanın atası Osmanov Əlixan da Birinci Qarabağ müharibəsinə yollanan könüllülər sırasında olub. Deyir ki fəxr edirəm oğlum İkinci Qarabağ müharibəsində iştirak etdi, qazi oldu. O cəbhədə olanda mən ona öz mənəvi dəstəyimi göstərirdim.

Azərbaycan bizim ata, baba yurdumuzdur. Ana vətənin vətəndaşı bu ada layiq olmaq üçün atalıq qayğısını, babalıq nəvazişini əsirgəməməlidir.

Mənbə: www.realtv.az