Mədəniyyət muzeyinin direktoru Prezident İlham Əliyevə - tacımız, mədəniyyət beşiyimiz...

Mədəniyyət muzeyinin direktoru Prezident İlham Əliyevə  - tacımız, mədəniyyət beşiyimiz...

“Sizin rəhbərliyinizlə şanlı Ordumuzun Qələbəsi münasibətilə Sizi və bütün Azərbaycan xalqını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kollektivi adından ürəkdən təbrik edirik.

İşğal olunmuş tarixi ərazilərimizi Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun mənfur düşməndən təmizləməsi, Azərbaycanın tacı, mədəniyyət beşiyimiz qədim Şuşanın azad edilməsi, millətimizin qürurunun yenidən özünə qaytarılması yolunda gərgin, cəsarətli və şərəfli fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi işğalçılar tərəfindən Qarabağda dağıdılmış musiqi muzeylərinin bərpasında və yeni muzeylərin yaradılmasında iştirak etməyə hazırdır. Zəngin, qədim musiqi mədəniyyətimizi təbliğ etmək üçün, dünyada daha geniş tanıtmaq üçün əlimizdən gələni edəcəyik.

Həmişə var olasınız, Allah Sizi qorusun! Amin! Qarabağ Azərbaycandır!”

Bu fikirlər Bakıdan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə əks olunub.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com