Ölməz qəhrəmanın doğum günü - VİDEO

Ölməz qəhrəmanın doğum günü - VİDEO

Şəhidlik...... Bu sözlər hər birimizin dilində bəzən kədərlə, bəzən qürurla səslənir. Kədərlə ona görə ki, bizə yaxın olan insanları itiririk, qürurla ona görə ki, bizə məxsus olan torpağı bizə qaytarıb və vətən yolunda canından, qanından keçib. Azərbaycanın daha bir igid oğlu şəhidlik zirvəsinə yüksəlib. Osman Manafov. Bu gün onun doğum günüdür. Yaşasaydı 29 yaşı tamam olacaqdı. Əsgərlik dövrü 2016-cı ilin aprel döyüşlərinə təsadüf edir. Sentyabrın 27dən başlayan vətən müahribəsində digər azərbaycanlı oğulları kimi döyüşmək üçün könüllü olaraq müraciət edib. Minaatan bölməsində qulluq edib.

Ailənin ikinci övladı olub Osman. Səbrliliyi, təmkinli olması ilə ailədə seçilib yaxınlarının sevimlisi olub.

Ciddi xasiyyətli, ağır təbiətli, ailəyə sədaqəti ilə digər iki qardaşından seçilən Osman sevgisinə də sadiq olub. 7 il sevdiyi xanımla ailə qurub, Lakin bu evlilik cəmi üç il çəkib.

Keçmiş polis işçisi olan və birinci Qarabağ döyüşlərinə iştirak edən Natiq Manafov böyütdüyü üç oğluna da vətənpərvərlik hissi aşılayıb.

Ondan geriyə babasının adını daşıyan kiçik Natiq əmanət qalıb.

Ruhun şad, gözün aydın olsun şəhidim, sənin sayəndə illərlə həsrətini çəkdiyimiz torpaqlara qovuşduq. Sən və sənin kimi Azərbaycanın hər qarış torpağı üçün canından keçən qardaşlarımız daim qəlbimizdə yaşayacaqlar. Siz heç vaxt unudulmayacaqsınız. Çünki, otuz illik yaranın məlhəmi məhz siz oldunuz.

Mənbə: www.realtv.az