Qalan ömrümü yenidən Kəlbəcərdə yaşamaq istəyirəm - Kəlbəcər sakini

Bir kəlbəcərli kimi bu gün sevincimin həddi-hüdudu yoxdur.

Bunu Day.Az-a açıqlamasında Kəlbəcər rayon sakini Arif Əliyev deyib.

O bildirib ki, bu gün ömrünün ən xoşbəxt günüdür: "Kəlbəcər işğal olunanda mənim on dörd yaşım var idi. Bu neçə ili Kəlbəcər həsrətilə yaşamışam. Hər an Kəlbəcərə qayıtmaq ümidi ilə yaşamışam. Şükürlər olsun ki, bu gün Kəlbəcər düşmən tapdağından azad olundu. Mən çox xoşbəxtəm ki, bu günü gördüm. Kəlbəcərlə bağlı ən böyük arzularımdan biri də övladlarıma öz ata-baba yurdlarını göstərmək idi. Bu arzum reallaşdı. Mən öz isə qalan ömrümü yenidən Kəlbəcərdə yaşamaq istəyirəm. Allahdan şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı arzu edirəm"

 

Fərid Zöhrabov

Day.az

ƏVVƏLKİ XƏBƏR

Xanəndə yol üstədir

SONRAKI XƏBƏR

Azərbaycanda zəlzələ oldu