Quba koronavirusa qarşı gecə-gündüz mübarizə aparır

Quba koronavirusa qarşı gecə-gündüz mübarizə aparır

COVİD-19 infeksiyasına qarşı çox ciddi - gecə-gündüz mübarizə aparılan Qubada rayon rəhbərliyi növbəti dəfə reyd keçirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba İH başçısı Ziyəddin Əliyev və rayon Operativ Qərargahının üzvləri bütün Quba küçələrini gəziblər. Quba şəhərində ərzaq mağazalarına və apteklərə baxış keçirən rayon rəsmiləri həm mağaza, həm aptek rəhbərlərini və əməkdaşlarını koronavirusla bağlı ölkədə tətbiq edilən qaydalara əməl etməyə çağırıb.

Ziyəddin Əliyev yerli əhaliyə bir daha geniş şəkildə virusun təhlükəlu olduğunu çatdırıb. Bildirib ku, virusun artması çox təhlükəli -fövqaladə vəziyyətə gətirib çıxara bulər: "Hər kəs birinci özünü qorumalıdır.Kütləvi təmas və toplantılardan tamamilə uzaq olmaq lazımdır. Qaydalara əməl edilməsə,vəziyyət çox kritik şəkil ala bilər. Çalışmalıyıq ki, həyatımızı qorumaq naminə bütün insanları qoruyaq".

Reyd zamanı əhalinin çıx toplaşdığı yerlərə və ərazilərə baş çəkilib, sakinlər arasında geniş izahat və maarifləndirmə işləri aparılıb.

Mənbə: istipress.com