Həkim peyvənd vurduran insanların koronavirusu necə keçirdiklərini açıqladı

Həkim peyvənd vurduran insanların koronavirusu necə keçirdiklərini açıqladı

Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı vaksinoloq, “Lider medisinı” Tibb Mərkəzinin baş həkimi Yevgeni Timakov COVID-19-a qarşı peyvənd vurduranlarda koronavirusun necə davam edəcəyi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, peyvənd ona görə vurdurulur ki, yoluxma zamanı insanın immuniteti buna hazır olsun.

“Peyvənd evdə televizor qarşısında oturaraq infeksiyanı yüngül formada keçirməyə və ciddi nəticələrdən qacınmağa kömək edəcək”, - deyə o vurğulayıb.

Mənbə: www.oxu.az