“Azərbaycan həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir” Məhəbbət İbrahimova

“Azərbaycan həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir”  Məhəbbət İbrahimova

“Vətən Müharibəsi başladığı ilk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürrur duyduğunu deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq”. Bu fikirləri YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova SİA-ya açıqlamasında bildirib.

M.İbrahimova bildirib ki, noyabrın 25-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Kəlbəcərin azad olunması ilə bağlı bu qələbə müjdəsini xalqa müraciətinə qulaq asdıqca hər birimiz LİDERİMİZLƏ, Ali Baş Komandanımızla fəxr və qürur duyuruq: “Bizim Prezidentimiz xalqımızın Qalib Lideridir. İlk gündən bu günə kimi hər gün sevincli günləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürrur duyduğunu deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti ilə nail oluruq. Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi – "Dağlıq Qarabağ Respublikası" separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, «qüdrətli və məğlubedilməz erməni ordusu»nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da Vətən Müharibəsinin 44-cü günü Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini də verdi”.

“Kəlbəcərin azad olunması ilə bağlı Ali Baş Komandanımızın xalqa müraciətində dediyi kimi “Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”,-deyən dövlət başçımız mənfur düşmənin böyük sərvətlər rayonu olan Kəlbəcərin yenə də əvvəlki gününə çatdıracağını deyib”. Budur, qürur duyduğumuz Qalib Lider, budur, xalqının rəhbəri, Prezidenti olmaq!. Budur, Qarabağ Azərbaycandır! Budur, işğalçı, terrorçu Ermənistan hakimiyyətini məhv etmək. Vətən Müharibəsində qələbə tarixi olan günlərimiz Azərbayca dövltinin və xalqının tarixinə yazılan günlər kimi əbədi və şərəfli günlər olacaq. Dövlət başçısı deyib ki, həmin günlər Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.

“Sonda bir daha onu da vurğulamaq istərdim ki, biz isə haqq yolundayıq, ədalət yolundayıq, haqlıyıq, öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Biz bir daha döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Və bir daha sübut etdik ki, heç bir təhdid, hədə, təzyiq bizi haqq işimizə maneə ola bilməz. Qarabağ Azərbaycandır!”, -deyən M.İbrahimova vurğulayıb ki, artıq azad edilmiş torpaqlarımızda zəruri infrastrukturun qurulması istiqamətində işlər görülür. Prezidentimiz də qeyd edib ki, işğaldan azad olunan bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, tarixi abidələrimiz bərpa ediləcək.

“Azərbaycan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz illər sonra özünün ərazi bütövlüyünə qovuşdu. Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalibdir və qalib ölkənin vətəndaşı olmaq da çox qürurludur, xalqımızı bundan sonra daha xoşbəxt, firavan günlər gözləyir”, - deyə M.İbrahimova əminliyini ifadə edib.

R.HÜSEYNOVA

Mənbə: sia.az