Kəlbəcərli meşəbəyi: “Kəlbəcər həsrətimizə son qoyuldu”

Dağlar qoynunda yerləşən Kəlbəcər rayonu sıx meşələri ilə seçilib. Düşmən isə bu yerləri məhv etməyə, oksigen mənbəyini tələf etməklə oranı tərk edir. Gənc yaşlarından doğma rayonunda meşəbəyi işləyən Vaqif İmanov bildirir ki, onun nəzarət etdiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub. O, öz əlləri ilə əkib-becərdiyi ağaclara düşmən hazırda yandırıb məhv etməyə çalışır. Amma Vaqif yaşının bu cağında ora qayıdıb yenidən həmin meşələri bərpa edəcəklərini bildirir. Müsahibimiz Vaqif İmanov Mingəçevir şəhərində məskunlaşıb.
V. İmanov Yeniavaz.com-a bildirdi ki, düşmən yandırdığı ərazilər bizim kəndin, meşələridir: ”Qiymətli ağaclar vardı,onu da məhv edirlər. Çıxıb gedirlər, xainliklərindən ev eşikləri də yandırırlar. Biz ora qayıdan kimi o meşələri bərpa edəciyik”.
Həmsöhbətimiz bildirir ki, qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə seçilən Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axşardı. Çay kənarında çadırlar qurub təbiətin mənzərəsini seyr edərdilər. Vaqif İmranov o illəri bu gün də unutmadığını deyir: ”Bizim rayona Respublikann hər yerindən dincəlməyə gəlirdilər. Ağdam, Yevlax Gəncə camaatı gəlib mən qoruyan meşənin yanında dincələrdilər. Mən də onlara yol göstərərdim. Meşədəki quşların valehedici səsləri hələ də qulağımdan getməyib. Yenidən Kəlbcərimizə qayıdan günü indi səbirsizliklə gözləyirik. Bizə bu günlərin sevincini yaşadan Ali Baş Komandanımız İlham Əliyevə bütün kəlbəcərlilər adından təşəkkür edirik”.

Esmira Hidayətova, Mingəçevir

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

“Qarabağda sülhməramlıların sayının artırılması...” - Peskov

SONRAKI XƏBƏR

Gəncədə mənzildə meyit tapıldı