Gəncədə Kəlbəcərlilərin sevinci - VİDEO

Gəncədə Kəlbəcərlilərin sevinci - VİDEO

Kəlbəcər sakinləri doğma torpaqlarının azadlığa qovuşmasını toy-bayramla, sevinc göz yaşları ilə qeyd edir.

Gəncədə məskunlaşan Kəlbəcərlilər artıq məcburi köçkün olmadıqlarını, vətən həsrətlərinin bitdiyini bəyan etdilər. Bir bayraq altında bir yumruq kimi birləşən xalqın qələbə sevinci uşaqdan böyüyə hər kəsi coşdurdu.

Qələbə şərəfinə avtomobil yürüşü edən gənclər üçrəngli Azərbaycan bayraqlarını dalğalandıraraq zəfərimizi, Kəlbəcərin Azərbaycana qovuşmasını təntənə ilə qeyd etdilər.

Kəlbəcərlilərin növbəti yürüşü isə tezliklə elə doğma yurdlarında Kəlbəcərdə baş tutacaq .

 

Mənbə: www.realtv.az