Yuxuların çin olduğu gün - Kəlbəcər doğmalarına qovuşdu (VİDEO)

Yuxuların çin olduğu gün - Kəlbəcər doğmalarına qovuşdu (VİDEO)

Səkinə nənənin yuxuları çin oldu. 27 ildir yalnız yuxularda və şəkillərdə gördüyü Kəlbəcərinə qovuşmaq indi gerçəyə çevrildi.

Neçə ildir həsrət çəkən bu gözlər qoy sevincdən ağlasın, Səkinə nənə. İndi bu göz yaşları vətən həsrətinin bitməsindən, doğma torpağın istisindən və ətrindən xəbər verir. Hazırda Ağcabədi rayonunda məskunlaşan Yusifovlar ailəsi arzuların reallaşdığı günlərə boylanır:

Uşaqlığını Kəlbəcərdə qoyub gələn Sakit Yusifov indi acı xatirələrin geridə qaldığına, öz övladlarının doğma yurdda böyüyüb boya-başa çatacağına sevinir.

İndi bütün Kəlbəcərlilər kimi onlar da günləri saymağa başlayıb. Kəlbəcərə addım atacaqları, həyatın yenidən qaynayacağı günlərsə çox yaxındadır.

 

Mənbə: www.realtv.az