"Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər".
Sonxeber.az redaktor.az-a istinadla xəbər verir ki, bu sözləri Qarabağ müharibəsi qazisi, Şuşa döyüşlərinin iştirakçısı Alik Məmmədov deyib.