Kədərli tarixin sevincli günü - VİDEO

Kədərli tarixin sevincli günü - VİDEO

27 ildir ki, könlündən uzaq olmasa da gözündən uzaq qalmışdı. Bir qədər sonra o gözləri ilə tarixi ana şahidlik edəcək. Bunun üçün sevinc hissilə Kəlbəcərin işğaldan azad edilməsi xəbərini Ali Baş Komandanın dilindən eşidəcəyi dəqiqələri iplə çəkir.

İndi artıq Kəlbəcər tək könlündən deyil, gözündən də uzaq olmadı. Bununla da 30 ilə yaxın olan iztiraba son qoyuldu. Artıq o da məcburi köçkün deyil.

Kəlbəcər yalnız elə o rayonun sakinlərinin yox, digərlərinin də sevincinə səbəb oldu.

Fəridə xanım deyir ki, Kəlbəcərlə bağlı xatirələri çoxdur. Uşaqlığını, gəncliyini və həyatının xoş anlarını o torpaqlarda yaşayıb. O vaxt Kəlbəcərdən çıxanda özü ilə bərabər götürdüyü xalçasını hələ də saxlayıb. İndi evdə yerə sərsə də tezliklə həmin xalça ilə doğma yurdundakı evini bəzəyəcək.

Gözünüz aydın olsun, əziz Kəlbəcərlilər. Arzu edirik, bundan sonrakı gözəl anlar könlünüzü bəzəsin!

 

Mənbə: www.realtv.az