Yoluxma artır: Xəstəxanalarda yer yoxdur - VİDEO

Yoluxma artır: Xəstəxanalarda yer yoxdur - VİDEO

Virusa yoluxma sayı o həddə çatıb ki, artıq xəstəxanalarda yer tapmaq da çətinləşib. Həkimlər həyəcan təbili çalır. Üstəlik, artıq uşaqlar da təhlükədə olduğu .bildirilir

Ölkəmizdə qələbə sevinci, ard-arda çalınan zəfərlər koronovirus pandemiyasını ikinci plana salsa da yoluxmaların rekord həddə çatdığını unutmaq olmaz. Ümumdunya səhiyyə təşkilatının tələb etdiyi qızıl qaydalara əməl etmək mütləqdir. Ekpertlər həyəcan təbili çalır.

Maska təkcə ağzı deyil burnu da örtməli, dezinfeksiya məhullarından mütəmadi istifadə edilməlidir.

Həkim Mehdi Əliyev deyir ki, məsafə mütləq qorunmalıdır, əgər belə olmazsa əks halda digərlərini yox, özlərini yoluxdura bilərlər. İndi artıq uşaqlar da risk altındadır.

Qaydalara cidd əməl etməklə özümüzü qorumalı, eyni zamanda yoluxmanın qarşısnı almalıyıq ki, Qələbə sevincimiz daim olsun!



 

Mənbə: sonxeber.az