Şirvandan 95 yaşlı rus Prezident Əliyevə yazdı…

“Mənim 95 yaşım var, milliyyətcə rusam. Azərbaycan Respublikasının Şirvan şəhərində yaşayan bütün ruslar adından müharibənin başa çatması, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün gördüyünüz böyük işlərə görə dərin minnətdarlığımı bildirirəm.

Biz – burada yaşayan bütün rus əhalisi bu savaşda övladlarını itirmiş valideynlərin hər birinə dərin hüznlə başsağlığı veririk.

Şirvan şəhərinin rus əhalisi hamımızın əzizi, çox hörmətli Heydər Əlirza oğlunu heç vaxt unutmayacaq. Azərbaycanımızın rifahı naminə o, çox iş görmüşdür. Heydər Əliyev bütün millətlər arasında xalqlar dostluğunu möhkəmləndirdi. Allah ona rəhmət eləsin, məzarı nurla dolsun!”

Bu fikirləri Şirvan şəhərinin rus əhalisi adından Kvitko Vera Kirillovna Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib.

 

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Qəlblərimizi iftixar hissi ilə doldurdunuz - Vaqif Mustafazadə ev muzeyinin direktoru Prezidentə yazdı...

SONRAKI XƏBƏR

Hacıqabulda yaşayış yerini tərk edən koronavirusa yoluxan şəxs barəsində cinayət işi açılıb