Qəlblərimizi iftixar hissi ilə doldurdunuz - Vaqif Mustafazadə ev muzeyinin direktoru Prezidentə yazdı...

Qəlblərimizi iftixar hissi ilə doldurdunuz - Vaqif Mustafazadə ev muzeyinin direktoru Prezidentə yazdı...

“İcazə verin, Sizi erməni işğalçılarına qarşı ikinci Qarabağ müharibəsində Qələbə münasibətilə Vaqif Mustafazadə adına Mədəniyyət-Xeyriyyə Fondunun təsisçiləri adından təbrik edim.

İcazə verin, Sizə minnətdarlığımızı bildirim ki, Siz və şanlı Azərbaycan Ordusu bizə, bizim hər birimizə Qələbə bəxş etdiniz. Azərbaycanda hər bir evə, kəndə, şəhərə Qələbə gəldi, xalqımızı Sizin - bizim əziz Prezidentimizin və Ali Baş Komandanımızın ətrafında daha sıx birləşdirdi.

Bu günlərdə Sizə Azərbaycanın hər bir guşəsindən, qardaş ölkələrdən, diaspor nümayəndələrindən, Azərbaycanın səmimi dostu olan insanlardan, bu unudulmaz 44 gün ərzində, bu uzun sürən 30 il ərzində bizimlə bərabər narahatlığımızı bölüşənlərdən on minlərlə, yüz minlərlə məktub gəlir.

Sizin dahi atanız, Azərbaycanın Ümummilli Lideri ağır və çətin 90-cı illərdə Azərbaycanı qoruyub saxladı. Siz isə onun layiqli oğlu olaraq, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Bunu heç vaxt heç kəs unutmayacaq. Siz bizim qəlblərimizi iftixar hissi ilə doldurdunuz.

Biz sonsuz qürur duyuruq ki, ölkəmizin Sizin kimi Prezidenti, Ordumuzun isə Sizin kimi Ali Baş Komandanı var!

Səmimi-qəlbdən Sizə, etibarlı silahdaşınız Mehriban xanıma və bütün ailənizə möhkəm cansağlığı, uzun ömür, yorulmaz quruculuq fəaliyyəti, doğma Azərbaycanımıza rifah arzulayırıq.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev! Yaşasın qəhrəman və xilaskar Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Bunu Prezident İlham Əliyevə müraciətində Bakıdan Vaqif Mustafazadə adına Mədəniyyət-Xeyriyyə Fondunun və ev-muzeyinin direktor Afaq Əliyeva bildirib.

 

Mənbə: www.baki-xeber.com