Yaş, sərhəd tanımayan vətən sevgisi - VİDEO

Yaş, sərhəd tanımayan vətən sevgisi - VİDEO

İllərdir ki, həsrət və göz yaşları içərisində doğma yurdlarının işğaldan azad ediləcəyi günü gözlədilər.

Bu vaxt ərzində nə inamları azaldı, nə də ümidləri sındı. 27 il az müddət deyil. Lakin artıq həmin ağrılı-acılı günlər geridə qaldı. Kəlbəcər işğaldan azad edildi. İndi isə onların kədər göz yaşlarını sevinc əvəz edir.

Kəlbəcərdə uzun illər müəllim kimi çalışan Əli bəy və Həqiqət xanım ora ayaq basacağı, əvvəlki həyatlarına qaldıqları yerdən davam edəcəkləri günü barmaqla sayır.

Vətən, torpaq sevgisi nə yaş, nə də sərhəd tanıyır. Nəinki yaşlı və orta nəslin nümayəndələri, hətta yeni nəslin adamları da qazanılan qələbə üçün sevinclidir. Və onların da istəkləri var...

Artıq istəklər gerçəyə çevrilib. İndi hər bir azərbaycanlı sevinc və qürur hissi ilə yaşayır. Həmçinin Kəlbəcərlilər də. Qayıdışın mübarək, əziz Kəlbəcər. Qayıdışınız mübarək, qızıl torpağın dəyərli insanlar.

Mənbə: www.realtv.az