“Modegez canavarı"

Talış və Suqovuşanın (köhnə adı Modegez) azad edilməsində cücaət göstərmiş Yardımlının daha bir qəhrəmanını, Bozayran kəndindən "Modagez canavarı" ləqəbi ilə tnınan igidimizi siz də tanıyın.

Abdulov Ramiq Hətəm oglu 1976-ci il oktyabrin 27-də Yardımlı rayonunun Bozayran kəndində qulluqçu ailəsində anadan olub. Atası rəhmətlik Hətəm Abdulov Sovetlər dönəmində rayonda məmur kimi yüksək vəzifələrdə çalışıb, daha dəqiqi Xalq Nəzarəti Komitəsinin aparıcı təlimatçısı işləyib, çox savadlı, peşəkar, həm də böyük hörmət sahibi olub. Əfsus ki, gənc yaşlarında ürək xəstəliyindən dünyasını dəyişib...

Ramiq Abdulov hərbi xidmətə 1996-ci ildə hərbi dəniz qüvvələrində hərbi dənizçi kimi baslayib, 1999-cu ildə gizirlik kursuna daxil olub. 2000-ci ildən gizir kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2020-ci ilin VƏTƏN SAVAŞINDA bölüyün təminat üzrə cavabdeh şəxsi olsa da, komandirlərinin etirazlarına baxmayaraq döyüşlərə qatılıb. Talış və Suqovusan istiqamətlərində döyüşlərdə qəhrəmancasına iştirak etmiş, komandirləri tərəfindən "Modagezin canavarı" ləqəbi alıb. İlk döyüş günü düşmənin diversiya kəşfiyyat qrupunun 12 nəfər əsgərimizə qarşı hazırladığı təxribatı vaxtında aşkar edərək zərərsizləşdirmiş və əsgərləri ölümdən xilas etmişdir.

Talış kəndinə doğru hücumda tanklarımızın mövqe tutmasında, onların təhlükəsiz yerləşməsində və düşmən tərəfdən törənə biləcək təxribatın qarşısının alınmasında öndə duranlardan olub. Xidmət etdiyi taborla birlikdə 6 dəfə düşmənə qarşı şiddətli döyüşlərdə iştirak edərək cəsurluq nümayiş etdirib. Düşmənin mərmi atəşləri altında dəfələrlə hücumlarda sücaət göstərib...

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın yeni müdafiə naziri kimdir? (DOSYE)

SONRAKI XƏBƏR

Testdən üç saat əvvəl bunları etmək olmaz