BŞBPİ-nin orqanı olan "Polis" qəzeti faəliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, qəzet 1993-cü ildən həftədə bir dəfə çap olunub.

"Polis” qəzeti polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edib.

Faktı Daxili İşlər Nazirliyindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, DİN-in orqanı olan “Mübariz keşikdə” qəzeti nəşr olunur. Qəzet 1932-ci ildən çıxır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Kəlbəcər həsrətinə son qoyuldu - Azərbaycan tarix yazmaqda davam edir

SONRAKI XƏBƏR

Hami Aksoydan Fransa Senatının qərəzli qətnaməsinə SƏRT REAKSİYA