Vətən müharibəsi zamanı Qarabağın işğaldan azad olunmasında şücaət göstərən qəhramanlarımızdan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Protokol sektorunun əməkdaşı Allahverdizadə Fərhad Əli oğludur.
O, müharibədən öncə könüllü ordu sıralarına yazılmış və ilk gündən ön cəbhədə xidmət edib. Plemyotçu olan Fərhad Allahverdizadə Fizuli, Cəbrayıl, Xocavənd, Hadrut, Qırmızı bazar yüksəkliyi və s. istiqamətdə torpaqlarımızın işğaldan azad olunması uğrunda mərdcəsinə vuruşub, çox sayda düşmənin canlı qüvvəsini məhv edib. Döyüşlər zamanı yaralansa belə yenidən ön cəbhəyə qayıdıb. Hal-hazırda xidmətini davam etdirir.
Ulu Tanrı Müzəffər Ali Baş Komandanımızı və Rəşadətli Ordumuzu qorusun!!!
Qarabağ Azərbaycandır!