Vətən müharibəsində ermənilərin dağıtdığı evlər də bu cür bərpa ediləcək - VİDEOREPORTAJ

Vətən müharibəsində ermənilərin dağıtdığı evlər də bu cür bərpa ediləcək - VİDEOREPORTAJ

Tovuz hadisələrindən sonra ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində zərər görən evlərə dəymiş ziyanın aradan qaldırılması prosesi başa çatmaq üzrədir.

Musavat.com xəbər verir ki, rayonun Ağdam, Dondar Quşçu və digər kəndlərində zərər görən evlərin təmiri yekunlaşır. Həmçinin kəndlərdə zərər görən qaz və elektrik xətləri də yenilənir.

Tovuz hadisələrində ermənilərin atdığı mərmi nəticəsində yaşadığı evdə dünyasını dəyişən mülki şəxs Əziz Əzizovun dağılmış evi də yenidən inşa edilib.

Qeyd edək ki, prezident İlham Əliyev Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədli ilə Prezidentin ehtiyat fondundan 1 milyon manat məbləğində vəsait ayırmışdı.

Yada salaq ki, iyulun 12-dən 19-nadək ermənilər fasilələrlə Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Həmin zaman ordumuz 12 şəhid verib.

Bir çox fərdi yaşayış evlərinə və təsərrüfata ciddi zərər dəyib.

Bildirək ki, 44 günlük vətən müharibəsindən sonra Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, Füzuli və bir neçə şəhərlərdə ermənilərin açdığı atəş nəticəsində xeyli sayda ev və obyekt dağıdıldı. Hazırda dəymiş zərərin aradan qaldırılması üçün yaradılan işçi qrupları fəaliyyətini davam etdirir. Hesablamalar bitdikdən sonra dağıdılmış evlər və obyektlər Tovuzda olduğu kimi yenidən bərpa ediləcək.

Mənbə: www.cumhuriyyet.net