Ağlagəlməz olay: Qadın illərdir yaşadığı evdə elə şey tapdı ki... - FOTOLAR

Ağlagəlməz olay: Qadın illərdir yaşadığı evdə elə şey tapdı ki... -  FOTOLAR

Bir istifadəçi tərəfindən "TikTok" sosial şəbəkəsində paylaşılan video marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, bir qadın 3 ildir yaşadığı evində gizli bir otaq olduğunu öyrənib. Belə ki, qadın yataq odasındakı qardirobun arxasında alçipanla ayrılmış gizli bir yer olduğunun fərqinə varıb.

Qadın həmin anları və otağın görüntüsünü sosial şəbəkədə paylaşıb. O bildirib ki, evə küçədən baxarkən pəncərələrin sayının çox olmasından şübhələnmişdi, lakin bunun gizli bir otaq olduğunu düşünməyib.

Video yükləndikdən sonra 50 mindən çox bəyənmə alıb və yüzlərlə şərh gəlib.

Mənbə: metbuat.az