"Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində "Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib.

Moderator, Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə iştirakçıları təbrik edib və seminarın işinə uğur arzulayıb.

Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov "Qayıdan ardıcıllıqlar və onların bəzi tətbiqləri" mövzusunda təqdimatla çıxış edib. Məruzədə kompleks ədədlərin {an} ardıcıllığının an+k = q1an+ q2an+1+...+ qkan+k-1 şərtləri daxilində özünü necə aparması haqqında danışılıb. Bu tip ardıcıllıqların analiz, tərpənməz nöqtə nəzəriyyəsinin, dinamik sistemlər, xaos və s. nəzəriyyələrin bir sıra məsələlərində özünü göstərdiyi qeyd olunub, bu ardıcıllıqların köməyilə bəzi fərq operator matrislərin spektral xassələri öyrənilib.

Professorlar Arif Səlimov, Hamlet Quliyev, Yusif Sevdimalıyev, Vaqif İbrahimov, Sadiq Abdullayev, Vaqif Qasımov pandemiya şəraitində belə görüşlərin əhəmiyyətini vurğulayaraq elmin inkişafına xidmət baxımından bu təşəbbüsü yüksək qiymətləndirib və gələcək fəaliyyətlə bağlı təkliflər səsləndiriblə

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Qətərin dövlət əmiri Türkiyədə rəsmi səfərdədir

SONRAKI XƏBƏR

Əsgərlərimiz BU MAHNINI elə ifa etdilər ki... -VİDEO