Əsir düşən Amin Musayevin anası və dayısı danışdı - FOTO

Əsir düşən Amin Musayevin anası və dayısı danışdı - FOTO

Ermənistanda əsirlikdə olan Amin Musayev Ağstafa sakinidir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumatına əsasən, vətən müharibəsi başlayandan səfərbərlik xidmətinin yerli qurumuna özü könüllü olaraq müraciət etdiib.

Amin həm də ailənin tək övladıdır. Dost tanışları, qohum və qonşular arasında vətrənpərvər bir gənc kimi tanınıb.

Sentyabrın 29-da müharibəyə yollanan Amin işğal altında olan rayon və kəndlərimizin azad olunmasında iştirak edib. Şuşa ətrafında gedən döyüşlərdə yaralanan Amin düşmən tərəfindən əsir götürülür. Aminin sonrakı taleyi isə hamını, o cümlədən ailəsini narahat edir.

Hazırda onun yolunu gözləyən onkoliji xəstə olan anası Hicran Sadıqova övladından bir xəbər gözləyir. Aminə tezliklə qovuşacaqlarına inanan ailəsi, torpaqlarımızın azad olunduğu kimi, əsirlikdəki hərbçilərimizin də öz evlərinə qayıdacaqlarına ümid edir.

Aminin dayısı bildirib ki, əsir düşməzdən qabaq onunla bir neçə dəfə telefonla danışıb. Hərbçimiz dayısına deyib ki, yüksək əhval ruhiyyədədir və ordumuz inamla irəliləyir.

Qeyd edək ki, Amin Musayevin ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib. İndi onlar aidiyyatı qurumlardan övladları barədə məlumat gözləyir.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: baku.ws