Azərbaycanda koronavirusa yoluxanların sayı yenə ARTDI

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə ARTDI

Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir.

Ötən müddət ərzində 1 665 832 test aparılıb. Bugünkü test sayı isə 19 178-dir.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: report.az