73 yaşlı binəqədili xanım Səmayə Quliyeva İlham Əliyevə müraciət etdi…

Bakının Binəqədi rayonundan Quliyeva Səmayə Mehdi qızı da Prezident İlham Əliyevə məktub yazıb:

“Mənim 73 yaşım var. Bu 27 il ərzində xatirələrimi o torpaqlarda qoyub gəldiyim Ağdamımın həsrəti ilə yaşamışam. Bu həsrətə son qoyduğunuza görə, dilbər guşəmiz olan Qarabağımızı qaytardığınıza görə Sizə bir ana, bir müəllimə kimi dərin minnətdarlığımı bildirirəm və bu tarixi Qələbə münasibətilə Sizi, eləcə də xalqımızı təbrik edirəm.

…Mən və ailəm Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizinlə fəxr edir, iftixar hissi duyuruq. Uca Allah Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür versin. Bütün Azərbaycan xalqının qəlbi Sizinlə döyünür, Sizinlə sonsuz qürurlanır.

Bir arzum var, doğma Ağdamımda - öz evimdə Sizi qonaq görüm.

Qarabağ Azərbaycandır!”

Baki-xeber.com

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyənin Muğla şəhərindən Zayım Çil Prezident İlham Əliyevə müraciət etdi...

SONRAKI XƏBƏR

Bütün xalq çağırışınıza səs verdi - Abel Məhərrəmovun Prezident İlham Əliyevə məktubu...