Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir

Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir

Təqdim edilən bu videodakı əsgər Amin Musayev deyil, Nəriman Ağayevdir. N.Ağayev AzTV-nin əməkdaşı Cavad Ağayevin övladıdır.

BAKI, 26 noyabr — Sputnik. Sosial şəbəkələrdə hazırda əsirlikdə olan Amin Musayevin geri qaytarıldığına dair yayılmış video həqiqəti əks etdirmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AzTV-nin Facebook sosial şəbəkəsində məlumat paylaşılıb. Məlumatda bildirilir ki, təqdim edilən bu videodakı əsgər Amin Musayev deyil, Nəriman Ağayevdir. N.Ağayev AzTV-nin əməkdaşı Cavad Ağayevin övladıdır.

Nəriman İkinci Qarabağ müharibəsinin iştirakçılarındandır və həqiqi hərbi xidmətini davam etdirdiyi hərbi hissəyə sağ-salamat geri qayıdıb. Qeyd edək ki, Amin Musayev və Bayram Kərimovun əsirlikdən xilas edilməsinə dair danışıqlar davam edir.

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Mənbə: sputnik.az