Virusdan sağalanlar üçün masaj vacibdir: Həkim bərpa prosesini sadaladı

Virusdan sağalanlar üçün masaj vacibdir: Həkim bərpa prosesini sadaladı

COVID-19-dan sağalan xəstələrin bərpası üçün masaj olduqca vacibdir.

Çünki ancaq bu yolla ağciyərlərin fəaliyyətini tam bərpa etmək olar.

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın Əməkdar həkimi, tanınmış mütəxəssis Andrey Kabışkin deyib.

O bildirib ki, ağciyərlərin bərpa prosesinə xüsusi diqqət ayrılmalıdır. Qanda kislorodun mqidarını artırmaq da lazımdır:

“Masaj COVİD-19-a yoluxan xəstələr üçün bərpaetmə prosesi də sayıla bilər".

Müətəxəssis bildirib ki, virusdan sağalan şəxslərin bərpası üçün xüsusi masaj proqramları var:

"Məhz bu masaj növləri qanda kislorodun miqdarını artırmağa xidmət edir. Ağciyərlər daha yaxşı işləyir və bütün orqanizmin təmainatı həyata keçirilir. Bu, koronavirusdan sağalan xəstələr üçün olduqca vacibdir".

Həkim masajın fərdi olaraq seçilmiş və digər növ müalicələrlə aparılmasının vacibliyini bildirib:

"Kompleks şəkildə bu, daha yaxşı effekt verir”.

Mənbə: cebhe.info