Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA

Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Azərbaycanda yoluxma sayı kəskin artıb. Belə ki, 3 705 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib. Yoluxanların sayı kəskin artdığına görə, məktəblərdə yenidən distant təhsilə keçilib. Bu gün hər kəsi maraqlandıran sual ənənəvi təhsilə nə zaman keçiləcəyidir.

Bununla bağlı KONKRET.az-a danışan professor Adil Qeybulla bildirib ki, bu gün yoluxma sayı həddindən artıq çoxdur:

“Rəsmi rəqəmlər sadəcə həkim yoxlanışından keçən və analiz verən şəxslərin sayıdır. Xeyli insanlarımız var ki, həkimə müraciət etmədən evdə müalicə olunurlar. Məktəblər açıq olsaydı, vəziyyət daha da ağırlaşardı. İnsanların bir-birini yoluxdurması üçün daha əlverişli mühit yaranardı. Düşünürəm ki, onlayn dərslərin rahat keçirilməsi üçün tədbirlər görülməlidir. İnternetin sürəti artırılmalıdır. Çünki müasir dövr internet dövrüdür. Bütün dünyada dərslər onlayn keçirilir. İngiltərə, Almaniya və Amerikada da. Bu, məcburi qaydadır. Ona görə də, bunun uyğun forması tapılmalıdır. Ola bilər ki, gələcəkdə bu üsulla dərslərin keçirilməsi reallaşsın. Çünki bu cür pandemiyalar həmişə ola bilər. 21-ci əsr pandemiya əsridir. Biz hələ yeni sürprizlərlə də qarşılaşa bilərik. Hesab edirəm ki, buna görə də, onlayn dərslərə alışmaq lazımdır. Tədrisin bu istiqamətində daha keyfiyyətli proqramlar və daha müasir informasiya imkanı verən məqamlar yaratmaq lazımdır. İnternetin sürətinin optimallaşdırılması vacibdir. Mən hesab edirəm ki, kollektiv immunitet formalaşarsa, yoluxma sürəti səngiyəcək. Belə olduğu halda yanvar ayından sonra yəqin ki, yavaş-yavaş ənənəvi təhsilə qayıda bilərik”.

Mənbə: konkret.az