Koronavirusa yoluxan türkiyəli məşhur məşqçi reanimasiyadadır

Koronavirusa yoluxan türkiyəli məşhur məşqçi reanimasiyadadır

Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural növbəti dəfə koronavirusa yoluxub.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi reanimasiyada davam etdirilir.

Qeyd edək ki, Yılmaz Vuralın koronavirus testi iyul ayında da müsbət çıxmışdı.

Mənbə: sonxeber.az