Maradonanın ölümü ilə əlaqədar istintaq başladıldı

Maradonanın ölümü ilə əlaqədar istintaq başladıldı

Argentinada prokurorluq orqanı Dieqo Maradonanın ölüm səbəbi ilə əlaqədar istintaqa başlayıb.

“Sportbox” xəbər verir ki, bu barədə Argentina telekanalları məlumat yayıb.

Əldə edilən məlumata əsasən, əfsanəvi futbolçuya beyin əməliyyatından sonra bərpa prosesi keçdiyi palatada 12 saat tibbi xidmət göstərilməyib.

Hazırda D.Maradonanın ölümü ilə əlaqədar cinayət işi açılıb və araşdırma aparılır.

Mənbə: milletinsesi.info