Ərini aldadan qadının başı bəlada - Məhkəmə elə qərar verdi ki...

Ərini aldadan qadının başı bəlada - Məhkəmə elə qərar verdi ki...

Sosial şəbəkədə tanış olduğu kişiyə çılpaq şəkillərini göndərən evli qadın hislərinə qurban gedib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Ankarada yaşayan S.B adlı qadın ərinə xəyanət etdiyinə görə hakim qarşısına çıxarılıb.

Bir neçə il əvvəl ailə quran qadın sosial şəbəkədə tanış olduğu yad kişiyə çılpaq şəkillərini göndərdiyinə görə əri onu məhkəməyə verib, boşanmaq istədiyini bildirib.

Məhkəmə kişinin tələbini qəbul edib, onu haqlı hesab edərək cütlüyü boşanmış elan edib. Qərara görə qadın aldatdığı ərinə 30 min lirə təzminat ödəyəcək.

Mənbə: news.milli.az