Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə MÜRACİƏT...

Bakıda yaşayan Nehrəm ağsaqqallarından Prezident İlham Əliyevə  MÜRACİƏT...

"Sizdən xahiş edirik ki, həmin məmurlara yüzlərlə insanın çörəkpulunu kəsməsinə imkan verməyəsiniz"

Azərbaycan Respublikasının Prezıdenti Cənab İlham Əliyevə

 

Bakı şəhərində yaşayan Nehrəm kəndinin ağsaqqalları tərəfindən

 

MÜRACİƏT

 

Hörmətli cənab Prezident,

Nehrəm və Nehrəmlilər şanlı tarixi keçmişi, qəhrəmanlıq səlnaməsi və sadiqliyi ilə Ulu Öndərimiz Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. O, bu sevgini, sədaqəti, sadıqliyi yüksək qiymətləndirərək Nehrəmi “Qeyrətli İNSANLAR kəndi” adlandırmışdı. Danılmaz həqiqətdir ki, bütün çətin məqamlarda Nehrəmlilər Heydər Əliyevin, o cümlədən dövlətimizin və dövlətçılıyimizin sadiq müdafiəçiləri olublar. Sizin bütün bunlardan xəbəriniz var. Bu günlərdə Sizin qətiyyətli və cəsarətli fəaliyyətinizin nəticəsində yeni bir tarıx yazıldı: torpaqlarımız erməni işğalından azad olundu. Lakin belə sevincli hadısələrə sevinməyən bəzi məmurlar da var: buna Dövlət Neft Şirkətinin bəzi rəhbər şəxslərini, o çümlədən “Xəzər dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevi misal olaraq göstərmək olar. Onların harınlığı nəticəsində bir şirkətdə işləyən yüzdən çöx işçinin (onların əksəriyyəti Nehrəm kəndindən olanlardır) çölə atılmasıdır. Məlumat üçün bildirək ki, 20 il bundan əvvəl təsis edilmiş “Azərbaycan təmiz texnologiyaları” MMC kəndimizdən Bakı şəhərinə pənah gətirmiş yüzlərlə imkansız, həmkəndlilərimizi işə qəbil edib, onları yataqxanada yerləşdirməklə ödənişsiz yemək və geyim əşyaları ilə təmin edib və ailələrinin maddı ehtiyaclarını ödəmək üçün yüksək əmək haqqı təyin edib. Bu təşkilatın rəhbəri Səfər Cəfərəli oğlu Əlirzayev öz işçilərinə diqqət və qayğı göstərməklə yanaşı kəndimizin kasıb və kimsəsiz ailələrinə də mütəmadı maddi və mənəvi yardım göstərir. Onun atası rəhmətlik Hacı Cəfəralı kişi Heydər Əliyevə yaxınlığı ilə seçılən ağsaqqaallardan biri idi...

Təəssüflə qeyd etmək istəyirik ki, üç aya yaxın bir vaxtda “SOCAR” şirkətinin bəzi rəhbər şəxsləri, o cümlədən “Xəzər dəniz Gəmiçiliyi” QSC-nin sədri heç bir qanuna məhəl qoymadan, “tender” şərtlərini kobud sürətdə pozaraq müqaviləyə vaxtından əvvəl xitam verməyi qərarlaşdırıb. Məqsəd də ondan ibarətdir ki, həmin şəxslər özlərinə yaxın xarici şirkətlərlə əlaqə yaratsınlar. Həmin şirkətlərin birinə “Arnold Kovord” adında erməni əslli Hollandiya vətəndaşı rəhbərlik edir. SOCAR şirkətinin Xəzər dənizinin çırkli tullantılarından təmizlənməsi işində 20 illik təcürbəsi olan, bu istiqamətdə laboratoriyaya və təmizləyici qurğulara və ixtisaslaşmış mühəndis-texniki heyətə və texnikaya malık olan “Azərbaycan Təmiz Texnologiyaları” MMC ilə yeni müqavilə bağlanmasından imtina etməsi yüzlərlə insanın işsiz qalmasına səbəb olur. Rauf müəllimə bu barədə dəfələrlə müraciət olunub. Hətta biz bir neçə ağsaqqal onunla görüşmək istədiyimizi bildirmişik, O, isə Pandemiya vəziyyətini bəhanə gətirərək görüşdən imtina edib. Ona deyən gərək: Ay Rauf müəllim, pandemiyanın qızğın vaxtında 100 nəfərə qədər harınlaşmış dostlarınla Xəzərin zəbt elədiyin sahəsində doğum gününü qeyd edəndə nə əcəb “COVİD 19” yadına düşmürdü?! Məmur özbaşınalığı o həddə catıb ki, müraciətlərə “kimə istəyirsiz şikayət edin, kimsə mənə göstəriş verə bilməz” deməyi belə unutmur. Həm ona müracıət edənləri, həm də şirkətin rəhbəri Səfər Əlirzayevə hədə-qorxu gələrək “əlinizdən gələni əsirgəməyin” deyir. Təkəbbür hissi Rauf Vəliyevin gözlərini o qədər örtüb ki, ölkə Prezidentinin “Məmurlar xalqa xidmət etməlidir, xalq məmura yox” sözlərini qulaq ardına vurur. Bu özbaşınalıqlarla bağlı Xarici Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevə müracıət etdikdə “bir də mənə zəng edib narahat etməyin, sizin üşün pis olar” deyə telefonu söndürür

Hörmətli cənab Prezident!

Sizə Nehrəmlilər haqqında danışmaq artıqdır, çünki Siz onlara daha çox bələdsiniz. Sizdən xahiş edirik ki, “SOCAR” rəhbərliyinə, xüsusi olaraq Rauf Vəliyevə ədalətli olmağı, yüzlərlə insanın çörəkpulunun kəsilməsinə bais olmamağı barədə ciddi tapşırıq verəsiniz. Sizə inanırıq, Sizə güvənirik, Sizin mərhəmətinizə sığınırıq. Allah Sizi qorusun. Dərin hörmətlə,

 

Nehrəm kəndinin bir qrup ağsaqqaları adından:

 

 

Mənbə: moderator.az