“Covid 19” a-yoluxmanın artma səbəbləri nədir” ? – İnfeksionist Mərdan Əliyev

“Covid 19” a-yoluxmanın artma səbəbləri nədir” ? – İnfeksionist Mərdan Əliyev

“Yoluxmanın artma səbəbləri karatin qaydalarına düzgün əməl olunmamasıdır. Əsas 3 qayda var: “maskalardan düzgün istifadə etməmək, sosial məsafəni qorumamaq və gigiyena qaydalarına əməl etməmək ( yəni əlləri düzgün və daimi yuyulmaması ) virusun artmasına gətirib çıxarır. Digər tərəfdən isə müharibə şəraitində olmağımız qaydalara düzgün etməməyə səbəb oldu”.

Bu fikirləri Xeberoxu.az-a infeksionist Mərdan Əliyev bildirib. Onun sözlərinə görə ən birinci amil tibbi maskaların düzgün istifadə edilməməsidir: “İnsanlarımız çox vaxt tibbi maska taxmaqdan imtina edirlər, bəzən isə düzgün taxmırlar yəni ya maskanı burunlarına kimi çəkmirlər, ya da ağızları çöldə qalır. Bu isə virusa yoluxmanı artırır”.

Leyla Əşrəfli

Mənbə: www.xeberoxu.az