Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 rayonda əlillərə ev verib - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 rayonda əlillərə ev verib - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda Lənkəran, Sabirabad, və Salyanda 19 mənzil və fərdi ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər. Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara mənzillər təqdim olunduğuna görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə həmçinin bildirilib ki, Silahlı Qüvvələrimiz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməklə güclü Ordular sırasında olduğunu bir daha nümayiş etdirdi. Bu parlaq Qələbə ilə məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələri də yaradılacaq.

Nazir müavini şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatından danışaraq bildirdi ki, 2020-ci ildə isə rekord həcmdə -azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

 

 

Mənbə: www.realtv.az