Bu kişi aksesuarı qadınlara dəb oldu

Məşhur model və bloqqer qadınlar kütləvi surətdə klassik kişi qalstuku taxmaqla yeni dəb trendi yaradıblar.

Cebhe.info xəbər verir ki, bu barədə "İnstagram" səhifəsində məqalələr yayılıb.

Məlumatda bildirilir ki, adıçəkilən kişi aksessuarı geyimdə ən çox köynək, şalvar, palto, pencək, don, cins və jiletlərdən istifadə edilərkən taxılır.

Britaniyalı müğənni və model Dua Lipa, həmçinin stilist Viki Rader də kişi qalstuku ilə şəkillər çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Sevinc Tapdıqqızı
 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Mükəmməl rəhbər olmaq üçün “Google” dan 10 məsləhət

SONRAKI XƏBƏR

Azərbaycanın Dağlıq Qarabağda qələbəsi İsrailə nə verir? –RƏSMİ BAKI İRANLA DALAŞMAQ NİYYƏTİNDƏ DEYİL