“Ali Baş Komandan qələbə ruhunu qaytardı” - Firdovsi Umudov+Video

“Ali Baş Komandan qələbə ruhunu qaytardı”  - Firdovsi Umudov+Video

Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov “Real Tv”nin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, Umudov Qarabağın azad olunması uğrunda gedən Vətən müharibəsindən və qazandığımız böyük zəfərdən danışıb. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Dövlət Sərhəd Xidmətinin bu müharibədəki xüsusi rolundan və DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında əsgərlərimizin təlimlərindən söz açıb. Umudov bildirib ki, təlimlərdə o da birbaşa iştirak edib:

“Əvvəlcə, başda Ali Baş Komandamız olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu qələbədə bizim birliyimiz xüsusi rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Müzəffər Azərbaycan ordusunun və xalqının birlikdə gücü qələbənin qazanılmasında rolu oynadı. Bir idmançı kimi, bir zabit kimi biz də bu yolda əlimizdən gələni etməyə hazır idik və etdik. Bizim sərhədçi idmançılarımızla birlikdə mürciətimiz və çıxışımız oldu. Aparıcı idmançılarımız və biz hamımız Ali Baş Komandanın ətrafında hər zaman sıx birləşirik. Bu döyüşlərdə də birliyimizi göstərməli idik. Müharibə başlayandan biz də hərbçi kimi müraciət etdik və təlimlərə qatıldıq. DSX-nın rəisi Elçin Quliyevin rəhbərliyi altında təlimlərdə iştirak elədik. Mən orda bir çox şeyə şahid oldum. Gördüm ki, bizim çox təcrübəli, savadlı zabitlərimiz var və onlar əsgərləri yüksək səviyyədə hazırlayırlar. Onlar deyirdi ki, siz öldürmək barədə düşünməlisiz, ölmək barədə yox. Siz bayrağımızı ucatlmaq haqqında düşünməlisiz. Ordakı hər kəs döyüşə atılmağa hazır idi. Özümü xoşbəxt hiss edirəm ki, idmançı kimi, zabit kimi o təlimlərdə oldum, vətənə xidmət eləməyə çalışdım”.

Firdovsi Umudov erməni vəhşiliyindən söz açıb:

“Həqiqətən Ali Baş Komandanın qeyd etdiyi kimi ermənilər hər yerdə vəhşiliklər törədiblər. Füzulidə, Zəngilanda, Cəbrayılda və digər ərazilərdə olanda gördüm ki, ermənilər necə vandallıq ediblər. Sanki ərazilərə atom bombası atıblar. Onlar daşlarla, divarlarla vəhşicəsinə davranıblar. Bunu bütün dünya görməlidir, bilməlidir. Üzərimdə gəzdirdiyim bayraq hər zaman mənim üzərimdədir. Pezident İlham Əliyev hər zaman bizimlə görüşü zamanı bildirirdi ki, “siz vətəni sevməlisiniz, bayrağı ucaltmalısınız, himnimizi səsləndirməlisiniz”. Hər zaman da deyirdik ki, Qarabağda bayrağımızı dalğalandıraq. Çox insan buna inanmırdı. Lakin həmin insanlara, hər kəsə bu inamı qaytaran Ali Baş Komandanımızdır. Necə ki, Prezident yarışlarda, beynəlxalq oyunlarda ailəsi ilə gəlib biz dəstək verəndə ruh yüksəkliyi yaranırdı, bu gün də əsgərlərimiz bunu gördü. Orduda inam və yüksəliş var idi”.

Mənbə: qafqazinfo.az