Qəhrəman atanın qəhrəman oğlu

Qəhrəman atanın qəhrəman oğlu

Yaşanılan hər an yaddaşdahəkk olmadığı kimi, yaşayan hər insan da tarixə həkk ola bilmir. Biz bugünümüzdə dünənimizə nəzər saldıqca əslində bu günümüzə işıq saçan dünənimizdəolan qəhrəmanların olduğunu görürük. Şücaətləri, qəhrəmanlıqları örnək olan qəhrəmanlarınhər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünkibu günkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əslqəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanlarıçoxdur. Belə bir qəhrəmanın və onun davamçısı olan oğlunun ömür yolunu vərəqlədim.

1959-cu il 20 fevraltarixində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində doğulan SəfərovQəzənfər Səfərəli oğlu ömrünü vətən naminə yaşayan qəhrəmanlardan biri idi.Günbəgün azğınlaşan ermənilərin çirkli nəfslərini Naxçıvanasaldıqları l Qarabağ döyüşlərində bir çox qəhrəman oğullar kimi Qəzənfər Səfərovda vətənin müdafiəsinə qalxıb. O, 1991-1993-cü illərdə Naxçıvan MuxtarRespublikası Babək rayonunun Buzqov və Kərməçataq kəndləri uğrunda gedən döyüşlərdəböyük şücaətlər göstərib. Həmin döyüşlər zamanı yaralanan qəhrəman şəhadətinbir addımlığından dönərək qazi olub.Qəddi-qaməti, qorxmazlığı ilə Koroğluya bənzəyənqəhrəmana el arasında Koroğlu deyirmişlər. Vətən sevgisi ucsuz-bucaqsız olan QəzənfərSəfərov vətən naminə yaşamaqda qərarlı idi. Bunun üçün də Polis Akademiyasınadaxil olub. Uzun illər polis rəisi kimi fəaliyyət göstərib. Nə vətəndən nə vətənsevgisindən doymayan Qəzənfər Səfərov üç oğlunu da bu sevginin işığındaböyüdüb. "Vətən sevgisi qandan gəlir" deyimi əbəs deyilməyib. Bununbariz nümunəsi Səfərovlar ailəsinin ikinci övladı Seymur Səfərovdu. Seymur Səfərovunömür səhifəsini öz dilindən dinləyərkən bəzən sevinc hissləri yaşadım, bəzənsəçox duyğulandım.

 

Səfərov Seymur Qəzənfəroğlu ll Qarabağ döyüşlərinin qəhrəman qazisi. Qəhrəmanımız 1993-cü il 3 iyundaBakı şəhər Xətai rayonunda anadan olub. Körpəlikdən ürəyində dərin bir həsrətiz salan Seymur 1999-cu ildə Xətai rayonunda yerləşən 221 N - li məktəbdə təhsilalmağa başlayıb. Atası oğlunun vətən sevgisini, hərbiyə olan həvəsini hissedib. Seymur 8-ci sinifdə Naxçıvanskiyə imtahan verib və imtahandan keçməyibacarıb. Lakin gözlənilmədən atası dünyasını deyişib. Bu itki Seymuru dərindənsarsıb və o imtahandan keçsə belə məcburiyyətdən Naxçıvanskidə oxuya bilməyib.Yenidən oxuduğu məktəbdə təhsilini davam edən Seymur 2010-cu ildə məktəbibitirib. 2011-ci il Xətai rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətəçağrılıb. Ağdam rayonunda N saylı hərbi hissədə xidmət edib. Nümunəvi davranışıilə seçilən əsgər atıcılarda manqa komandiri vəzifəsində çalışıb. 2012-ci ilyanvarın 1-də xidmətini başa vurub evinə dönüb.

 

Ailəsinin, doğmalarınınçoxu Azərbaycan Respublikasına layiqli xidmət edən Seymur demək olar ki, böyüklərinindavamçısıdır. O, istər atasının, istərsə də dayısı Siyavuş Novruzovun, eynizamanda dayısı oğlu Nəcəf Novruzovun xalq üçün, Vətən üçün atdığı addımları hərzaman örnək kimi götürürür. Bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyəolunmasında mühüm rolu olan Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi NəcəfNovruzov Seymuru bu yolda daim dəstəkləyir. Bu gün qohumları, balaca qardaşıRüfət ətrafında olan dostlarına Seymurun cəbhədə göstərdiyi sücaətlər haqqındafəxr hissi ilə məlumatlar verirlər. Bütün gənc nəsil kimi Seymur da Qarabağ dərdiilə böyümüşdü. Bu dərd onun ürəyində düşmənə intiqam, qisas hissi yaratmışdı. Hərdəfə arzularda yer alan Qarabağın işğal altında olmağı hamı kimi onun da səbrinidaşırmışdı. O da döyüş əmri gözləyirdi. Nəhayət ki, gözlənilən an yetişdi.

 

27 sentyabr azadlıqqapısının yavaş-yavaş aralandığı və Qarabağ adlı ümidlərin üzərinə işıq düşdüyügün. Hərdəfə olduğu kimi ermənilər sentyabrın 26-dan 27-nə keçən gecə yenidən təxribataəl atdılar. Bu taxribat bardağı daşıran son damla oldu. Ordumuz geri dönməyəcəkləriyola qədəm qoydular. O yolun yolçuları illərdi o yolu gedəcəklərini səbirsizlikləgözləyən qəhrəmanlar idi. Xalqımız Zəfər yolunun başlanğıcında idi. Çox keçmədiki, qəhrəman ordumuzun illərlə işğalda qalan torpaqları azad etdikləri xəbəri gəlməyəbaşladı. Müharibənin ilk başladığı gündən Seymur dəfələrlə hərbi komissarlığamüracət edib könüllü olaraq müharibəyə qatılmaq istədiyini bildirmişdi. Hər dəfə"növbən çatanda çağrılacaqsan" cavabını alan vətən oğlu döyüşəqatılmaqda israrlı idi. Çünki illərlə o bu günün həsrətini çəkmişdi. Düşməndənqisas almaq və torpaqları azad etmək arzusunda olan Seymurun gözlədiyi cavab gəlir.Heç kimə bir söz demədən sentyabrın 29-u könüllü olaraq ordu sıralarınaqoşulmuş, digər könüllülər birlikdə Ballıqayaya getmişdi. Döyüş əmri gözləyən qəhrəmanoktyabrın 2-si Talış kəndi uğrunda mübarizəyə başlamışdı. Anbaan irəliləyəngüclü ordumuzun qarşısında nə düşmən nə də düşmənin sədləri tab gətirmirdi.Düşmənin 30 il ərzində tikib möhkəmləndirdiyi "aşılmaz səddləri" AzərbaycanOrdusu Seymur kimi qəhrəman oğulların sayəsində aşıb keçirdilər. Ən güclüdöyüşlərin getdiyi Suqovuşan uğrunda döyüşlərdə əzmin gücü azadlığa işıqsaçırdı. Bu döyüşləri dinləyərkən o anı təsəvvür etmək insanı vahiməyə salır.Bir də o qəhrəmanların həmin anlar nələr yaşadıqlarını düşünmək çətin deyil.Seymur o döyüş zamanı üç şey düşünürdü. Ölməmək üçün mübarizə aparmaq, öldürməyəcan atmaq, vətəni son nəfəsdə yaşatmaq. Döyüş komandiri olan Seymur demək olar hər an məqsədinə çatırdı. İrəliyəatılan hər addım işğaldan azad olunan torpağa addım atmaq idi. Bu anın sevinciSeymura güc verirdi. Düzdü, irəliləyən zaman şəhidlərimiz, yaralılarımız olurdu.Hər qarış torpaq qanlar, canlar bahasına azad olunurdu. Ancaq buna baxmayaraqSeymur yolundan dönməməkdə qərarlı idi. Artıq döyüşlər elə bir istiqamətdəgedirdi ki, burada həm güclü döyüş taktikası, həm iradə tələb olunurdu. Düşmənəsarsıdıcı zərbələr vurmaqla onları məhv edən döyüşçülər artıq xeyli sayda əraziləriazad etmişdilər. Seymur və onun dəstəsi Badamdar meşəsini çox çətin şəraitdəolsa da keçməyi bacarmışdılar. 96 saat dayanmadan, yatmadan, normalqidalanmadan vuruşan əsgərlərimiz yağışlı havada dağı yuxarı qalxmağı çətinolsada bacarmışdılar. Sanki əsgərlərimiz mənəvi güc alırdılar. Seymurgilin dəstəsibir çox strateji yüksəkliyin də azad olunmasına nail olmuşdular. Hər bir yüksəkliyinazad edilməsi düşmənin geri çəkilməsinə təkan verirdi. Oktyabrın 7-si səhərsaatlarında Suqovuşan ərazisində Talış kəndi istiqamətində yenidən döyüş şiddətlənir.Döyüşlər zamanı Seymurgilin yanına minamyot düşür, bir neçə nəfər şəhid olur.Bir neçə nəfər də ağır yaralanır. Seymur çoxsaylı qəlpə yarası almasınabaxmayaraq ayağı qopan yaralı yoldaşına və digər yaralıya kömək etməyə çalışır.Halbuki Seymur özü gözündən, sağ və sol budundan, başından, əlindən çoxsaylıağır qəlpə yaraları almışdı. Yaralandıqları yerə tibbi personalın yetişməsimümkünsüz olduğu üçün onlar digər dəstənin köməyi ilə ərazidən uzaqlaşdırılır.Hər saniyə əleyhinə işləyən Seymur saat 16:00 qədər yaralı halda əsgərlərin köməyiilə yol gedir. Artıq qan itgisi onu haldan salır.Ömrünün son anlarınıyaşadığını düşünən Seymur Kəlimeyi şəhadət deyir. Ancaq bu zaman təcili yardımmaşını əraziyə çatır. Demək Seymurun qismətində şəhidlik zirvəsinə ucalmaq yoxqazi olmaq var imiş. İlkin yardımdan sonra əvvəlcə Naftalan şəhər xəstəxanasında,sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birində mualicə olunur.Partlayış travması və bir çox qəlpə yarası alan qəhrəmanın sol bud nahiyəsindəkikor qəlpələr isə ömrü boyu onun cismində qalacaq. Çünki çıxarılarsa iflicolması ehtimalı çox böyükdür. Bundan sonra müharibənin izi Seymurun həm xatirələrində,həm də cismində qalacaq.

Bu günə qədər çox şəhidin,qazinin, müharibə iştirakçısının həyatın, döyüş yolun dinləmişəm. Əksəriyyətində"son güllə" və ya "son qumbara" olub. Nə olur olsunistifadə edilməyən güllə və ya qumbara. Hərbiçi özünə çaxacağı gülləni və yaqumbaranı göz bəbəyi kimi qoruyur. Hər dəfə toxunduğunda o anı düşünür. Vətəniniəsirlikdən azad edən əsgər düşmənə əsir düşəcəyi təqdirdə, düşünmədən özünüöldürməyə hər an hazır olur. Seymur da mənə "son qumbara" haqqındadanışdı. "Mən düşmənə əsir düşəcəyim anda o qumbaranı partladıb son nəfəsimdədə düşmən canı almağı düşünürdüm" dedi.

 

Seymur və onun kimi qəhrəmanoğullar ana vətəni azad Qarabağa qovuşdurdular. İllərlə tökülən nahaq qanlarınqisası alındı. Xalqın ürəyində ümid pöhrələməyə başladı. Müzəffər ordumuzunqazandığı zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya bəyan etdi.Halqa-halqa birləşən xalq, rəşadətli ordu Qarabağı dövrəyə aldı.

 

MANYA SƏXAVƏTQIZI

 

 

 

 

Mənbə: moderator.az