Koronaviorus diş tökülməsinə də səbəb ola bilər

Koronaviorus diş tökülməsinə də səbəb ola bilər

Koronavirus infeksiyası diş əti xəstəliklərinin ağırlaşmasına, hətta dişlərin töklülməsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə sağalmış xəstələrin və mütəxəssislərin “The New York Times”də açıqlamaları gedib.

“Bəzi COVID-19 xəstələri dişlərinin töküldüyünü söyləyirlər. Digərləri diş ətlərinin həssaslığını, dişlərin qaraldığını və ya çürüdüyünü iddia edirlər. Bundan əlavə, bəzi mütəxəssislər diş problemlərinin xəstəlikdən sağalma dövründə meydana gəldiyini söyləyib”, - yazıda bildirilib.

“Angiogenesis Foundation”un prezidenti Uilliam Linin sözlərinə görə, koronavirus hüceyrə reseptoru ACE2 ilə qarşılıqlı təsir göstərir və yalnız ağ ciyərlərə deyil, həm də damaqdakı qan damarlarını zədələyən sinir uclarına və endoteliyana mənfi təsir göstərir. Li koronavirus xəstələrində xəstəlikdən bir neçə ay sonra ortaya çıxan bəzi simptomların araşdırılmağa başlandığını əlavə edib.

Ancaq Kaliforniyadan olan ortopedik diş həkimi Maykl Şirer diş problemlərin bədənin infeksiyaya qarşı qoruyucu reaksiyasının təzahürü səbəbiylə ortaya çıxdığını istisna etməyib. Məqalədə qeyd olunub ki, hazırda bu cür fəsadlar çox deyil.

Aytən Məftun

 

 

Mənbə: publika.az