Biləsuvarda şəhid dəfn edilib - Foto

Biləsuvarda şəhid dəfn edilib - Foto

Biləsuvar rayonunda müddətdən artıq hərbi qulluqçu, şəhid Əliyev Turan Sulduz oğlu dəfn edilib.

“Report” xəbər verir ki, dəfndən əvvəl şəhidin Biləsuvar rayonu Əsgərabad kəndində yerləşən ata evində vida mərasimi baş tutub.

Əliyev Turan

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Sonra şəhid Əsgərabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Turan Əliyev 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində doğulub.

Allah rəhmət eləsin!

Mənbə: www.bizimyol.info