27 milyard dollar investisiya

27 milyard dollar investisiya

“Hummer”, “Ca­dillac” və “Chevrolet” kimi məşhur modelləri ilə tanınan ABŞ-ın “General Motors” avtomobil şirkəti 2025-ci ilə qədər elektromobil bazarın­da möhkəmlənmək istəyir. Bildirilir ki, şirkət yaxın 5 ildə 30 növdə elektromobil modelini satışa təqdim etməyi plan­laşdırır. Kompaniya bu məqsədlə elektromobil istehsalı sahəsindəki investisiyalarını 2025-ci ilin sonuna qədər 20 milyarddan 27 milyard dollara qədər artırdığını açıqlayıb.

Xəbəri “Autoua.net” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com