Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb.

Belə ki, 90-GD-426 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Hüseynzadə Hüseyn Füzuli oğlu idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da maşına ciddi ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Dünyada son sutkada koronavirusdan ölənlərin sayı 9 mini keçib

SONRAKI XƏBƏR

“LUKOYL-Azərbaycan” QSC haqqında yayılan sorğu və kampaniya həqiqqəti əks etdirmir