Koronavirusun iki ən təhlükəli simptomu

"Davamlı yüksək temperatura və təngənəfəslik zamanı mütləq həkimə müraciət edilməlidir. Çünki bu iki simptom koronavirusun ən təhlükəli əlamətləri hesab olunur.Belə əlamətləri olan xəstələr dərhal təcili tibbi yardım çağırması zəruridir".

Milli.Az xəbər verir ki, bu barədə Beynəlxalq Tibbi Klaster Fondunun direktoru, kardioloq Yaroslav Aşixmin deyib.

Onun sözlərinə görə, hazıra vəziyyət həddən artıq narahatedicidir. "Əgər insanın səhhəti kəskin pisləşirsə, həfəsalmada çətinlik yaranırsa, həmçinin 2-3 gün ərzində tempratur 39 dərəcə olursa təcili həkimə müraciət etməlidir. Əks təqdirdə bunun fəsadı acı nəticələrə gətirib çıxara bilər" - Fondun direktoru qeyd edib.

Mütəxəssislər onu da qeyd edir ki, koronavirus xəsətlərində ciddi yuxu pozuntuları ilə də müşaiyət olunur. Əsasən də ağırçəkili insanlar həfəsalmada çətinlik çəkdiyindən yuxu sistemi pozulur. (ölkə.az)

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Hindistanda koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - FOTO

SONRAKI XƏBƏR

Almaniyada sellofan torbalar qadağan ediləcək