Zabitimiz döyüş günlərində ona məktub yazmış balaca qızla görüşdü - VİDEO

Zabitimiz döyüş günlərində ona məktub yazmış balaca qızla görüşdü - VİDEO

Vətən müharibəsi günlərində cəbhə bölgəsində xidmət çəkən hərbçilərimizə məktub yazanların sayı çox idi. Belə məktublardan birinin hekayəsini təqdim edirik:

Döyüşlər ərəfəsində Nihal cəbhəyə döyüş ruhunu yüksəldən, dəstək məzmununda məktub yazır.

Məktub Vətən müharibəsinin Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan cəbhəsindəki döyüşlərdə iştirak edən polkovnik-leytenant Ruslan Vəlirzayevin əlinə keçir. Zabit məktubu oxuyandan sonra özünə söz verir:

“Əgər döyüşlərdən sağ-salamat çıxsam, mütləq Nihal balanı tapacaq və ona təşəkkür edəcəyəm”.

Elə də olur, Ruslan Vəlirzayev döyüşlərdən həmən sonra Nihal balanın axtarışına çıxır, bir neçə gün sonra isə onu tapır.

Həmin görüşdən olan videonu təqdim edirik:

Mənbə: www.oxu.az