Belçikada quş qripi xəstəliyi qeydə alınıb

Belçikada quş qripi xəstəliyi qeydə alınıb

Bakı. Trend:

Fransa ilə sərhəd yaxınlığında Belçikada quşçuluq təsərrüfatında quş qripi xəstəliyinin yüksək patogenli H5N5 ştammı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə RTL telekanalı bildirib.

Qeyd edilib ki, xəstəlik ölkənin Menen kəndində yerləşən fermada aşkar edilib. Xəstəlikdən 600 quş ölüb, xəstəliyin yayılmasının qarşısını almaq üçün 151 min quş kəsilib. Quş qripi insanlara yoluxa bilər, virusun müxtəlif mutasiyaları təhlükəli ola bilər.

Norveç Qida Təhlükəsizliyi İdarəsinin verdiyi məlumata görə, H5N8 quş qripi ştammı Norveçdə vəhşi quşda da aşkar edilib.

Bildirilib ki, bu ştammın insanlar üçün yoluxma riski çox aşağı kimi qiymətləndirilir.

Mənbə: az.trend.az