Xaçmazda karantin rejiminə nəzarət gücləndirilib - VİDEO

Xaçmazda karantin rejiminə nəzarət gücləndirilib - VİDEO

Son günlər Xaçmaz rayonunda koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Buna görə də Xaçamzda sərt karantin rejimi davam edir. Amma müşahidələrimiz zamanı sakinlərdən bəzilərinin hələ də qaydalara əməl etmədiyinin şahidi oluruq. Bəzi vətəndaşlar pandemiya qaydalarını pozaraq ya tibbi maskadan düzgün istifadə etmir ya da ümumiyyətlə maska taxmır.

Reyd zamanı adi halda maska taxmayan, lakin polis və Baku TV-nin çəkiliş qrupunu görərək tibbi maskadan istifadə edən şəxslərə də rast gəlinib.

Bundan başqa, ərzaq mağazalarında vətəndaşların ara məsafəsini gözləmədiyi də aşkar olunub. Bununla bağlı həm vətəndaşlara, həm də market sahibərinə xəbərdarlıq olunub.

Mənbə: www.oxu.az