Ukraynada koronavirus xəstələri üçün yer tapılmır

Ukraynada koronavirus xəstələri üçün yer tapılmır

Ukraynada son sutkada 16 294 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Ümumilikdə ölkədə pandemiya zamanı 709 701 COVID-19 hadisəsi qeydə alınıb.

“Bu gün Ukraynada 16 294 yeni koronavirus xəstəliyi COVID-19 qeydə alınıb. Xüsusilə 689 uşaq və 631 səhiyyə işçisi xəstələnib”, - deyə nazir qeyd edib.

Eyni zamanda Ukraynada son gündə 1 639 nəfər xəstəxanaya yerləşdirilib. 184 xəstə ölüb, 8 897 nəfər sağalıb.

Bu günlərdə Ukraynada koronavirus xəstələri üçün xəstəxanaların demək olar ki, 50%-nin dolu olduğu bildirilmişdi.

Alçina Amilqızı

Mənbə: cebhe.info